İraq ordusu qədim Nimrud şəhərini azad edib
13 noyabr, 2016 18:22
İraqın hökumət qüvvələri Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhərini İŞİD terror qruplaşması üzvlərindən tamamilə azad ediblər.
1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Əs-Sumariyə” peyk telekanalı məlumat yayıb.
Mosulun azad olunması üzrə yerüstü əməliyyatlar oktyabrın 17-də başlanıb.
1news.az