Yol polisi 7881 sürücünü cərimələyib
12 noyabr, 2016 17:55
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7881 sürücünü cərimələyib.
1news.az xəbər verir ki, bu barədə Report-a idarədən məlumat verilib.
Qurumdan bildirilib ki, noyabrın 11-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.
1news.az