“British Airways” Azərbaycandakı nümayəndəliyini bağladı
10 noyabr, 2016 14:46
“British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.
Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində məlumat dərc edilib.
Məlumatda qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsi, ev 8, “Hyatt Tower -2” (VI mərtəbə) ünvanına bildirə bilərlər.
“British Airways” aviaşirkəti sərnişin və yükdaşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.
1news.az