Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir”.
1news.az-ın APA-ya isitnadən verdiyi məlumatına əsasən, “BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopterin və 3 gəminin cəlb olunduğunu bildirib.
“İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır”, - deyə T.Bayatlı əlavə edib.
Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.
1news.az