Klinton məğlubiyyətini rəsmən etiraf etdi
09 noyabr, 2016 22:19
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində məğlubiyyətini rəsmən etiraf edib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə H.Klinton Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib:
“Ötən gecə mən Donald Trampı təbrik etdim və ölkəmizin maraqları uğrunda əməkdaşlıq etməyə hazır olduğumu bildirdim. Qalib gələ bilmədiyimizdən çox təəssüflənirəm”, - deyə H.Klinton qeyd edib.
1news.az