Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.
1news.az-ın məlumatıa görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.
Ümumilikdə paradda 70-dən artıq klassik avtomobil iştirak edib.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirib.
Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və şəhərimizin qonaqları nadir eksponatlarla tanış olublar.
1news.az