Noyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 9-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
1news.az