Prezident yeni Dövlət Proqramı təsdiq edib
07 noyabr, 2016 22:15
Azərbaycan prezidenti İlham Əliyev gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, sənədə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsini təmin etməli və bununla bağlı görülən işlər barədə hər il Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
1news.az