ABŞ-da zəlzələ olub
07 noyabr, 2016 10:00
ABŞ-ın Oklahoma ştatında 5,3 bal gücündə zəlzələ baş verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri paytaxtın 80 kilometrliyində, Kaşınq şəhəri yaxınlığında, ocağı isə 6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Yeraltı təkanlar qonşu Missuri və Arkanzas ştatlarında da hiss olunub.