Saakaşvilinin xanımı deputat mandatından imtina etdi
07 noyabr, 2016 21:54
Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verən Mixail Saakaşvilinin xanımı Sandra Rulofs deputat mandatından imtina edib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Anna Mikeladze bildirib.
Qeyd edək ki, S. Rulofs Saakaşvili tərəfindən yaradılmış “Vahid milli hərəkat” partiyasından deputatlığa namizəd idi.
1news.az