Xəbərlər

Xalq artistinin oğlunun əməliyyatı üçün cəmi 100 manat yığıldı
07 noyabr, 2016 20:38

Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovun vəziyyəti ağırlaşıb.

1news.az xəbər verir ki, bu barədə AzNews.az-a aktyorun bacısı Gülbəniz Zeynalova məlumat verib.

Onun sözlərinə görə, M.Zeynalova ayrı-ayrı adamlar böyrəyini vermək istəsədə, ailə buna razı olmayıb:

“Bir necə şəxs zəng edib Məmmədə donor olaraq böyrəyini vermək istədi. Amma böyrək ağır bir əməliyyatdır. O əməliyyat üçün bizim ailənin maddi imkanı yoxdur. Bu görə də donor olmaq üçün edilən təkliflərə razı olmadıq”.

G.Zeynalova qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankında onun aktyorun adına açılan hesab nömrəsinə bu günə kimi 100 manat pul köçürülüb:

“Onunla da heç nə etmək olmaz. Tək-tək adamlar gəlir, pul təklif edirlər. Amma biz ona razı olmuruq. Məmməd neçə gündür ki, reanimasiyadadır. Bu günə kimi lazım olan iynə- dərmanlarını öz hesabımıza alırıq. Bizə ancaq dövlətin dəstəyi lazımdır”.

Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov ötən həftə serial çəkilişinə gedərkən insult keçirib. Aktyorun beyninə qan sızıb. O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.