Hakim icra başçısının şikayətini rədd etdi
07 noyabr, 2016 18:51
Masallı rayon icra başçısı Rafil Hüseynovun “Cenubnews” saytının redaktoru Mirələm Həşimova qarşı xüsusi ittihamlı şikayət üzrə məhkəmə başlayıb.
1news.az xəbər verir ki, bu barədə lent.az-a vəkil Cavad Cavadlı məlumat verib.
Vəkil bildirib ki, Masallı rayon Məhkəməsində şikayətin əsassız olması barədə verdiyimiz dəlillər məhkəmə tərəfindən qəbul edilib və icra başçısının şikayəti icraata qəbul edilməyib.
Qeyd edək ki, Masallı rayon icra başçısı Rafil Hüseynovun “Cenubnews” saytının redaktoru Mirələm Həşimova qarşı xüsusi ittaham qaydasında Masallı rayon məhkəməsinə müraciət etmişdi.
1news.az