Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanun yenidən hazırlanıb
07 noyabr, 2016 18:32
Azərbaycanda “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi hazırlanıb.
1news.az xəbər verir ki, bu barədə Milli Məclisdən APA-ya məlumat verilib.
Yeni qanun layihəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Yenidən hazırlanan layihədə Azərbaycanda hərbi vəziyyətin elan olunmasının qaydaları və şərtləri, hərbi vəziyyət və bundan irəli gələn məsələlər əksini tapıb.
Qeyd edək ki, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” qanun 1994-cü ildə qəbul olunub.
1news.az