Xəbərlər

“20 Yanvar” metro stansiyasının təmir olan hissəsi sabah istifadəyə veriləcək - FOTO
07 noyabr, 2016 18:15

Noyabrın 8-dən “20 Yanvar” metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.

Bu il iyulun 1-dən istismar müddəti başa çatmış “ET-5” tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə “20 Yanvar” metro stansiyasının bağlanmış birinci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılacaq.

Qeyd edək ki, 1985-ci ildən istismarda olan “ET-5” tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın “Thyssen Krupp” şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.