Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
07 noyabr, 2016 17:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-220, Kiçik Qafqazın çaylarında 230-400, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-240 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, noyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla, ongünlük normanın 140 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 198 m3/s təşkil edərək ongünlük normanın 235 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqəsində 5, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə  alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 523 sm (2015-ci il noyabrın 7-də 454 sm), Salyanda 397 sm (2015-ci il noyabrın 7-də 316 sm), Bankədə 275 sm (2015-ci il noyabrın 7-də 234 sm), Araz çayının Novruzlu məntəqəsində isə 234 sm (2015-ci il noyabrın 7-də 174 sm) təşkil edir. 

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.