Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Uğurlu karyera işgüzar yazışmalardan başlayır” adlı layihə icrası Bakı, Gəncə və Sumqayıt şəhərlərində yekunlaşıb.
1news.az xəbər verir ki, layihənin əsas məqsədi ali və orta ixtisas müəssisələrini bitirmiş və ya son kurslarda olan gənclərə işgüzar yazışma bacarıqlarını inkişaf etdirmək, işgüzar yazışma formalarının müxtəlif formaları haqqında məlumatlandırmaqdır.
Bakı, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirilən layihədə 18-30 yaş arasında olan gənclər iştirak edib.
Layihə çərçivəsində gənclər tərəfindən gələcəkdə iş prosesində qarşılaşdıqları vəziyyətlərə uyğun işgüzar yazışma nümunələri nümayiş etdirilib. İşgüzar yazışmalarla bağlı həm informativ, həm də praktiki vasitələrdən istifadə edilərək layihədə qoydulan problemin həllinə nail olmuş olunub.
Qeyd edək ki, bu tipli layihə üzrə təlimlər davamlı şəkildə əsasən özəl şirkətlər tərəfindən həyata keçirilib. Layihənin gələcəkdə Azərbaycanın bütün şəhər və rayonlarında keçirilməsi planlaşdırılır.
1news.az