Xəbərlər

“ASAN ödəniş” sistemində bir sıra yeniliklər edilib
07 noyabr, 2016 16:18

Sürücülər “ASAN ödəniş” sistemindən istifadə etməklə öz işlərini daha da asanlaşdıra bilərlər.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər

Yeniliklərdən faydalanmaq üçün ilk növbədə www.asanpay.az portalında qeydiyyatdan keçib "elektron kabinet" yaratmaq lazımdır. Elektron imza və ASAN imza sahibi olanlara isə qeydiyyatdan keçmək tələb olunmur.

Onlar şəxsi imza vasitəsilə qeydiyyatdan keçmədən elektron kabinet yarada bilərlər. Artıq qərarsız cəriməni www.asanpay.az-da elektron kabineti olan hər bir sürücü plastik kartla ödəyə bilər. Bundan əlavə, sürücü cərimə ilə razılaşmadıqda şikayət edə bilər. Hər bir sürücünün elektron kabinetdə cərimənin olub olmaması ilə bağlı çıxarış əldə etmək imkanı var.

Elektron kabinetdə ödənilmiş cərimələrlə bağlı ödəmə tarixçəsi bölməsi mövcuddur. Cərimələrlə bağlı müvafiq orqan tərəfindən protokol ,foto və videolar əlavə edilərsə, bu halda  elektron kabinetdə  sürücü istənilən vaxt onlara baxa bilər.

Elektron kabinetə yerləşdirilən cərimə barədə sürücüyə SMS göndərilir. Elektron kabinetin üstünlüklərindən biri budur ki, Sizin mobil nömrəniz DYP-də olmaya bilər, lakin www.asanpay.az-da qeydiyyatdan keçdikdən sonra yazdığınız nömrəyə elektron kabinetdə öz əksini tapan cərimə barədə SMS göndərilir. Cəriməni bir ay ərzində ödəmədikdə dəbbə pulunun hesablanması nəzərdə tutulan gündən bir neçə gün öncə yenidən SMS vasitəsilə sürücüyə xəbərdarlıq mesajı göndərilir və hansı tarixdən etibarən cərimənin üzərinə dəbbə pulu hesablanacağı qeyd olunur.

Sürücü istifadəçi adı və ya email ünvanı eyni zamanda şifrəni qeyd etməklə elektron kabinetə daxil ola bilər. Şəxs şifrəni unutduğu zaman qeydiyyatdan keçdiyi nömrə və ya  e-mail ünvanı vasitəsilə şifrənin bərpa olunması mümkündür. Mobil telefon nömrəsi hər hansı səbəbdən (korlanma, dəyişmə, itirilmə və s. səbəblər) ləğv olunan və ya email ünvan vasitəsilə şifrəsini bərpa edə bilməyən şəxslər 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.

Eyni zamanda sürücü istədiyi halda hər hansı bir səbəbdən şəxsi kabinetdə qeydiyyatdan keçdiyi nömrəni şəxsi məlumat bölməsində “Məlumatları dəyişdir” əmrindən istifadə etməklə  dəyişdirə bilər.

Cərimələrin olub-olmaması barədə çıxarış əldə edən sürücü, onu saxlayan DYP əməkdaşına təqdim edə bilər. Çıxarışın həqiqiliyini QR kod oxucu ilə yoxlamaq mümkündür.

"Xüsusi imkanlar" bölməsində sürücüləri daha bir yenilik gözləyir. Şəxs mülkiyyətində olan və ya etibarnamə vasitəsilə idarə olunan nəqliyyat vasitələri ilə bağlı tərtib olunan protokollar barədə elektron kabinetdən məlumat əldə bilər. Bunun üçün avtomobilin dövlət nömrə nişanını və qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsini daxil etmək lazımdır.

Qeyd edək ki, hazırda “ASAN ödəniş” sisteminin 100-dən artıq ödəmə terminalı fəaliyyət göstərir. Onların əksəriyyəti Bakıdadır və paytaxtın müxtəlif ərazilərində, eləcə də, Dövlət Yol Polisi şöbələrində terminallar mövcuddur. Rayonlarda isə ödəmə terminalları yalnız “ASAN xidmət” mərkəzlərindədir. Sürücü həmin terminallar vasitəsi ilə protokolun seriya və nömrəsini daxil etməklə cəriməni ödəyə bilər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.