Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin oktyabr ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçən ay ərzində 1 223 059 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Aparılmış əməliyyatlar nəticəsində 456 ədəd PHS və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu ilin oktyabr ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.
Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
Məlumata görə, indiyədək cəmi 389 603 952 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 702 -dur.
Oktyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tərtər, Salyan, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
1news.az