Noyabr ayının 1-i bütün McDonald’s restoranlarında “Əl Uzat - Qəlbini Aç!” xeyriyyə aksiyasına start verildi.
Noyabrın 1-dən 20-dək bütün restoranlarda suvenir olaraq satılan qolbaqlar və böyük Frenç Frayz-ın (yalnız noyabrın 20-də) satışından əldə olunan vəsait Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat” məktəbinin ehtiyaclarını ödəmək üçün sərf olunacaq.
4 noyabr tarixində McDonald’s Azərbaycan MMC mərkəzi ofisinin işçiləri “Əl Uzat - Qəlbini Aç!” aksiyasına və işçilərə dəstək olmaq üçün 1 gün ərzində McDonald’s restoranlarında işlədilər.
McDonald’s Azərbaycan MMC-nin mərkəzi ofisinin bütün heyəti restoranlara gələrək, öz həmkarları ilə birlikdə istehsal prosesinin bütün mərhələlərində çalışdılar.
Qeyd edək ki, dünyaca məşhur McDonald’s şirkəti 1955-ci ildən etibarən daima belə aksiyalar keçirir.
McDonald `s Azərbaycanın İdarəedici Direktoru Maqsud Mirzəyev bu cür aksiyaların bundan sonra da keçiriləcəyini qeyd edib:
“Biz hər zaman öz işçilərimizlə fəxr etmişik və edəcəyik. Böyük qürur hissi ilə deyə bilərəm ki, 1999-cu ildə bizimlə ilk restoranı açan adi işçilərimiz şirkətin qoyduğu təlim proqramlarına uyğun olaraq ölkəmizdə və xaricdə təlimlər keçərək, bu gün şirkətin öndə gedən aparıcı mütəxəssislərinə çevriliblər. Biz bu aksiyanı keçirərək daima restoranlarımıza dəstək olduğumuzu nümayiş edirik, həmçinin, korporasiyanın banisi Rey Krokun “Balaca uşaqların böyük problemi olmamalıdır!” 1955-ci ildə yaratdığı Ronald Makdonaldın Ümumdünya Xeyriyyə Fondunun şüarında səslənən fəlsəfəni davam etdiririk.
Hal-hazırda şirkətimizdə 800-dən çox əməkdaş çalışır və öz karyeralarını uğurla davam etdirirlər. Şirkətin inkişaf planına uyğun olaraq üzümüzə gələn il ərzində biz işcilərimizin sayını 1200 nəfərə çatdırmağı planlaşdırırıq”.
Reklam hüququnda