Saakaşvili istefa verdi
07 noyabr, 2016 15:28
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefaya getdiyini bəyan edib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, istefası ilə bağlı müsahibəsində Saakaşvili Odessanın Kiyevin rüşvətxorlardan təmizləndikdən sonra inkişaf edə biləcəyini vurğulayıb.
“Onlar açıq-aydın banditizmə və dərəbəyliyə himayədarlıq edirlər. Buna görə də, mən istefaya gedərək yeni mübarizə mərhələsinə başlamağı qərara aldım. Mən yorulmayacam, usanmayacam. Qoy onlar bunu bilsinlər”, - deyə Saakaşvili qeyd edib.
O, Odessanın bir çox sakinin ondan getməməyi xahiş etdiyini deyib.
“Lakin mən bu qərarı almağa məcbur idim. Qələbə üçün nə qədər lazımdırsa irəliləyəcəyəm. Mən bu cür əsgərəm”, - deyə Saakaşvili əlavə edib.
1news.az