Bakıda “Bayraq yürüşü” keçirilib
05 noyabr, 2016 14:02
Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali məktəblərin rektorları, ziyalılar, müəllim, tələbə və şagirdlər iştirak edib.
Yürüş Dənizkənarı Milli Parkda, "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən başlayıb və Bayraq Meydanında başa çatıb.
Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasıdır.
1news.az