Bakıda polis ağacları kəsən şəxsləri axtarır
04 noyabr, 2016 17:51
Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı noyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə şikayət daxil olub.
1news.az-ın məlumatına görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.
1news.az