Xarici ölkələrdə Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək
04 noyabr, 2016 14:28
İxracın təşviqi məqsədi ilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.
İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu prosesə öncə Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdən başlanacaq.
İlk növbədə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət-iqtisadi nümayəndələri təyin olunacaq. Ticarət-iqtisadi nümayəndələrə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status veriləcək.
1news.az