İçkili Madonna Londonda özünü biabır etdi - FOTO
03 noyabr, 2016 15:11
58-yaşlı pop-diva Madonna Londonda keçirilən fotosərgidə görənləri şoka salıb.
1news.az-ın “KP”-ya istinadən verdiyi məlumatına əsasən, Mert Alaşın və Markus Piqqottun fotosərgisinə müğənni içkili vəziyyətdə qatılıb.
Sərgidə əlinə cəhrayı çaxır ilə dolu bokalı alan Madonna sado-mazo stilində çəkilmiş öz rəsminə yaxınlaşıb və rəsmin altında oturub.
Çaxırdan bir qurtum içəndən sonra diva ayaqlarını aralayaraq yuxarı qaldırıb.
Sərginin müəllifi olan türkiyəli fotoqraf Mert Alaş Madonnanın yanına oturaraq, müğənninin hərəkətlərinin planlaşdırılmış olması təəsüratını yaratmağa çalışıb.
Lakin, müğənninin içkili olması səbəbindən nə etdiyini bilmədiyi sərgi iştirakçılarının diqqətindən qaçmayıb.
1news.az