Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 4-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 4-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Noyabrın 5-də mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1news.az