İraq qüvvələri İŞİD qruplşmanın əlində olan Mosul ətrafındakı ön cəbhə xəttini itki vermədən yarıb, hərbiyyənin sözçüsü bildirir.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, Sabah əl-Numan bir çox İŞİD döyüşçüsünün öldürüldüyünü deyib.
Qeyd edək ki, terror qruplaşması Mosul şəhərini 2014-cü ildə ələ keçirib.
Çərşənbə axşamı günü İraq ordusunun hissələri son iki il ərzində ilk dəfə olaraq Mosul şəhərinin ətraf rayonlarına daxil olub.
Mosulun alınması üzrə əməliyyat artıq 17 gündür ki, davam edir.
Əməliyyatda 50 min adam iştirak edir.
Çərşənbə axşamı günü İraq ordusunun xüsusi qüvvələri Mosulun Kukcali rayonunda Televiziya binasını ələ keçiriblər. Bundan bir qədər sonra isə irəliləyən İraq hərbçiləri şəhərin Karama rayonuna daxil olduqlarını bildiriblər.
İraq ordusu ilə hərəkət edən BBC jurnalisti şəhər ətrafında hərbçilərin şiddətli müqavimətlə üzləşdiyini xəbər verir.
İraqın baş naziri Mosulda 3000-5000 arası cihadçının qaldığını təxmin edir.
Bazar ertəsi Mosula hücumdan əvvəl Heydər əl-Abadi deyib ki, şəhərdə olan İŞİD üzvləri təslim və ölüm arasında seçim etməlidirlər.
1news.az