Təhminə Rafaella “İçəri şəhər” filmindəki roluna görə Türkiyədə 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Festival Van şəhərində keçirilib.
1news.az xəbər verir ki, bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a məlumat verilib.
Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki, “İçəri şəhər” filmi 35-ci Qahirə və 47-ci Hindistan Beynəlxalq Film festivallarına dəvət alıb.
1news.az