Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub
02 noyabr, 2016 14:14
Noyabrın 2-də Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub.
İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A" və Rusiyanın “R-Farm” şirkəti birlikdə "HAYAT pharm" adlı əczaçılıq şirkətinin təməlqoyma mərasimində iştirak edib.
Əczaçılıq zavodunun investisiya dəyəri 74 milyon dollar təşkil edir. Yeni yaradılmış əczaçılıq zavodunda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
AZƏRTAC