84 yaşlı kişi oğrunu təpiklə durdurdu
02 noyabr, 2016 13:15
Çilidə yaşlı Raul Munyoz daş-qaş oğrusunu təpiklə durdurub.
1news.az-ın verdiyi məlumata əsasən, həyat yoldaşı ilə ticarət mərkəzində gəzən yaşlı onun tərəfə oğrunun qaçdığını görüb.
Raul düşünmədən oğrunun üstünə şığıyıb və ona təpik vurmağa nail olub.
Oğru sürətlə qaçdığı üçün təpikdən sonra təqaüdçü də yerə yıxılaraq xəsarət alıb.
Lakin, qocanın bu qəhrəmanlığı sayəsində oğrunu yaxalamaq mümkün olub.
Raul Munyoz isə xəstəxanaya qaldırılıb.
O, intuitiv səviyyədə hərəkət etdiyini bildirib.
Buna baxmayaraq, həyat yoldaşı Raulun bu qəhrəmanlığını qiymətləndirməyib.
1news.az