Bakıda və Sumqayıtda yerləşən mənzillərdən iki qadının meyiti aşkar edilib.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın cəsədini aidiyyati üzrə təhvil veriblər.
Bundan başqa nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1939-cu il təvəllüdlü Kilisova Aqasiya İlariovnnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
1news.az