Keçən həftəsonu şəhərimizin sakinləri çox maraqlı tarixi möhtəşəm hadisənin şahidi oldu.
“Italdizain Group” şirkətinə məxsus olan “Villeroy&Boch” butiklərinin təşkilatçılığı ilə dünyanın ən qısa zamanda, ən böyük pizza xemirini yayan italyan aşbazı Paskual Barbasso Bakıda yeni dünya rekordunu vurdu!
Ən son rekorddan 12 sm böyük olan pizzanı cəmi 2 dəqiqəyə yayan Paskual Barbassonun bu dəfəki rekordu 96 sm oldu.
Bu məqamı qeydə almaq üçün Ginnes Rekordlar Akademiyasının sertifikatlaşdırılmış nümayəndəsi Zoran Golubovic, İtaliya səfirinin müavini Culia Culotti və Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü, memarlıq üzrə fəlsəfə doktoru Elçin Əliyev təşrif buyurmuşdular.
Yağışın yağmağına baxmayaraq, tədbir bakılılar və şəhərimizin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Reklam hüququnda