Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan olunub. Bununla bağlı olaraq bu sahədə müəyyən tədbirlər təşkil olunur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də bu çağırışa qoşularaq "Azərbaycan tolerantlığın və humanizmin beşiyidir" adlı layihəyə imza atıb.
1news.az-ın verdiyi xəbərə görə, ADMİU-nun təşkil etdiyi layihə iki mərhələdən ibarətdir.
Birinci mərhələdə amerikalı, türkiyəli, pakistanlı və azərbaycanlı tələbələrin ifasında musiqi nömrəsi hazırlanıb.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin dəstəyi ilə hazırlanan musiqili çarxın müəllifi Calal Kəngərlidir.
Layihədə iştirak edən ifaçılar:
Xanəndə - Azər Səlimov
Vokal, bağlama, gitar - Can Akar
Tar - Ağayar Xanlarov
Kamança - Cahandar Xanlarov
Balaban - Araz Fətəliyev
Ritm - Alparslan Yeşılbaş
Şeykr - Andreu Nair