Sorğu: Klinton antireytinqdə Trampı keçib
01 noyabr, 2016 09:31
ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Hillari Klinton mənfi reytinq üzrə Donald Trampı keçib.
Bu ABC televiziyasının və Washington Post qəzetinin keçirdiyi sorğudan sonra bəlli olub.
Xəbərdə bildirilir ki, 60 faiz sorğuda iştirak edənlər Hillari Klintona mənfi yanaşır, 58 faiz isə Donald Trampa.
Sorğuya əsasən, Klintonu 46 faiz dəstələyir, Trampı isə 45 faiz. Sorğu 26-29 oktyabr tarixlərində ingilis və ispan dillərində 1165 seçici arasında aparılıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-i keçiriləcək. Hələlik, sorğuların əksəriyyətinə görə, Klinton Trampı qabaqlayır.