NASA Kənan Əhmədli ilə bağlı Azərtac-ın rəsmi sorğusuna cavab verib.
1news.az xəbər verir ki, NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını qeyd edib:
“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”, - deyə cavabda bildirilir.
Qeyd edək ki, Kənan Əhmədli mətbuata verdiyi müxtəlif müsahibələrdə “Mələk beyni” adlı layihəsinə görə NASA-da 1 aylıq təcrübə qazandığını iddia etmişdi.
Bundan sonra isə sosial şəbəkə istifadəçiləri bu iddiaya tənqidi yanaşaraq, NASA-nın təcrbüə şərtləri qeyd etmiş və bunun qeyri-mümkün olduğunu bildirmişdilər.
Təcrübə proqramı ilə bağlı NASA-dan aldığı rəsmi məktubu nümayiş etdirmək dəfələrlə xahiş edilsə də, Kənan Əhmədli bundan imtina etmişdi.
Bütün azərbaycanlılar kimi NASA-dan müsbət cavab gəlməsini istərdik. Amma çox təəssüf.
Fərid Ədalət
Mövzu ilə əlaqədar: NASA məsələsi yalan çıxdı? “Mələk beyni”-nin “yaradıcısı” Kənan Əhmədli fırıldaqçılıqda şübhələnir – FOTO – VİDEO