Xəbərlər

Roman Qriqorçuk: “Ukraynalı qızlar çox gözəldir, bütün azərbaycanlı kişiləri Ukraynaya dəvət edirəm” - FOTO - VİDEO
01 noyabr, 2016 13:10

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və həyat yoldaşı Alina Qriqorçuk “Qafqazinfo”ya müsahibə verib.

1news.az xəbər verir ki, Qriqorçuk Azərbaycanda yaşadığı 2 il barəsində və şəxsi həyatı haqqında danışıb.

O, geridə qalan müddətdə heç bir çətinliklə üzləşmədiyini və hər şeyin öhdəsindən gəldiyini deyib:

“Çətinlikdən danışmağa dəyməz. Bu hər kəsin həyatında, hər yerdə olur. Vacib məsələ odur ki, bu çətinliklərin öhdəsindən gəlməyi bacarasan. Hər hansı bir çətinliklə üz-üzə qalarkən onu sadəcə aşmağı düşünürəm”.

Baş məşqçi bildirib ki, ailə üzvlərim və özü də Azərbaycanın dadlı yeməklərindən çox ləzzət alırlar:

“Həyat yoldaşım və oğlum daim restoranlardan müxtəlif yeməklər sifariş edirlər”.

Azərbaycan toylarından da danışan Qriqorçuk, burda bir neçə toyda iştirak etdiyi və xoşladığını söyləyib:

“Xüsusən Alina toyda çox emosional idi. Verilən yeməklərdən danışmağa ehtiyac yoxdur, hamısı əladır. Amma xüsusi bir məqamı vurğulamaq istəyirəm. Sizin toylarda kişilər yaş fərqlərinə baxmayaraq həddən artıq yaxşı rəqs edirlər. Hətta yaşlı kişilər belə əla rəqqasdırlar. Bu adamı heyran edir”.

Ukraynalı mütəxəssis azərbaycanlı kişiləri ukraynalı qızlara heyran olduğundan da söhbət açıb və bunu normal qarşıladığını bildirib:

“Təkcə, azərbaycanlılar deyil, bütün dünya kişiləri ukraynalı qızları sevir. Bunu normal qarşılayıram. Çünki ukraynalı qızlar çox gözəldir. Təəccüblü deyil. Elə burdan bütün azərbaycanlı kişiləri Ukraynaya dəvət edirəm”.

Fərid Ədalət

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.