“Bluemint Labs” şirkətinin istehsalçıları tərəfindən yaradılmış “Bixi” adlı kiçikölçülü qurğu cihazları jestlərin köməyi ilə məsafədən idarə etməyə imkan verir.
1news.az “ICTnews”a istinadən xəbər verir ki, bəzən əlimiz yaş olsa da, mesaja cavab vermək lazım gəlir.
Bir çoxlarımız bu vəziyyətlə qarşılaşmışıq. Belə halda insanlar smartfonu xarab etməmək üçün ona toxunmaq istəmir. “Bluemint Labs” şirkətinin mütəxəssisləri bu problemi həll ediblər. Onlar tərəfindən hazırlanmış “Bixi” adlı qurğunun ölçüləri 6.6x5.8 sm təşkil edir, qurğunun daxilində son nəsil “Gorilla Glass” şüşəsi ilə qorunan optik sensor yerləşdirilib. “Bixi” istənilən əşyaya bərkidilə bilər, bundan sonra 25 metr məsafədən 8 jestin köməyi ilə elektron cihazları idarə etmək mümkündür.
“Android” və “iOS” sistemlərində qurğu üçün mobil proqramların köməyi ilə jestləri sazlamaq və onları hərəkətlə uyğunlaşdırmaq olar. Rabitə vasitəsi kimi “Wi-Fi” və ya “Bluetooth” kanalından istifadə olunur və daxili akkumulyatorun şarjı “Bixi” qurğusunun 1 ay ərzində avtonom işləməsinə imkan verir.
1news.az