Gələn il “Yamaha” ilk avtomobilini təqdim edəcək
31 oktyabr, 2016 10:57
2017-ci ildə “Yamaha” şirkəti ilk seriya buraxılışlı avtomobilinin təqdimatını keçirəcək.
1news.az-ın verdiyi məlumata əsasən, bu, dünyada bir sıra avtomobillər üçün mühhəriklərin və motosikletlərin istehsalı ilə məşhur olan şirkətin ilk avtomobili olacaq.
Qeyd edək ki, brend “Toyota” avtomobillərini və “Formula-1”-də iştirak edən bəzi markaları mühərriklə təmin edir.
Onu da bildirək ki, cari ildə “Yamaha” konspet-kar olan “Sports Ride” avtomobilinin təqdimatını keçirmişdi.
1news.az