Xəbərlər

Azərbaycanda həbsdə olan partiya sədri bəraət alıb
31 oktyabr, 2016 20:55

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən Babək Ədalətli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

1news.az xəbər verir ki, bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, B.Ədalətli 2013-cü il mayın 29-da polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (narkotik, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində CM-nin 234.4.3-cü maddəsi 234.1-ci maddəsinə tövsif olunaraq 2 il həbs cəzası verilib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, B.Ədalətli Şah İsmayıl Xətai adına Azərbaycan Demokrat Partiyasının sədridir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.