Xəbərlər

Bu dərmanla bağlı şikayətlər artıb – nazirlik xəbərdarlıq etdi
31 oktyabr, 2016 20:13

“Aktilize” ticari adlı alteplaza tərkibli həlledici (inyeksiya üçün su) ilə komplektdə venadaxili infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda dərman vasitəsinin həll olması ilə bağlı şikayətlər edilir.

1news.az nazirliyə istinadən məlumatına görə, son aylar “Boehringer İngelheim” şirkətinə bəzi ölkələrdən “Aktilize” 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub.

Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir.

Bu, flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır:

“Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb. Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib. “Boehringer İngelheim” şirkəti Aktilize preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyini bildirir. “Aktilize” preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparat ehtiyatının saxlanılması tövsiyyə olunur. Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur. Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.