“Eurovision-2017”də 43 ölkə iştirak edəcək
31 oktyabr, 2016 15:19
“Eurovision-2017” Mahnı Müsabiqəsinə iştirak edəcək ölkələrin sayı açıqlanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, müsabiqəyə ümumilikdə 43 ölkə qatılacaq.
Bu il Rumıniya və Portuqaliyanın da adı siyahıya əlavə olunub. 62-ci dəfə baş tutacaq müsabiqə Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. Yarışmanın keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzi 11 min tamaşaçı tutumuna malikdir. Biletlər haqqında məlumat yaxın aylarda açıqlanacaq.
Yarışmada Azərbaycan təmsilçisi də iştirak edəcək. Türkiyə isə ötən il olduğu kimi bu il də müsabiqəyə qatılmayacaq.
Qeyd edək ki, “Eurovision – 2016” mahnı yarışmasının qalibi ukraynalı Jamala olub. Müsabiqə növbəti ilin mayında keçiriləcək.
1news.az