İtaliyada güclü zəlzələ baş verib
30 oktyabr, 2016 14:11
İtaliyada 6,7 bal gücündə zəlzələ baş verib.
1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Roma şəhərindən 132 kilometr şimal-şərqdə yerləşib.
Hələlik itki və dağıntılar barəsində məlumat verilmir.
1news.az