Paytaxtda mənzildə qadın meyiti tapıldı
29 oktyabr, 2016 20:12
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1951-ci il təvəllüdlü Litsiyeva Təhminə Nemətulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
1news.az