30 oktyabrda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.
1news.az