Dekabrda Christie's hərrac evində Salvador Dalinin dostu Edvard Ceymsin kolleksiyasından əşyalar satışa çıxarılacaq. Lotların arasında məşhur sürrealist tərəfindən 30-cu illərdə yaradılmış telefon-lobster və dodaq şəklində divan var.
Dodaq şəklində divanın hazırlanmasına Dalini aktrisa Mey Uest ilhamlandırıb. Ümumilikdə rəssam bu divandan 5 ədəd hazırlayıb. Divan şair və mesenat Edvard Ceyms üçün yaradılmışdı. Dali o zamanlar maliyyə böhranı yaşayırdı və Ceyms rəssama pulsuzluq vaxtında yaradacağı işlərə görə aylıq ödəniş təklif etdi.
Telefon-lobsteri Salvador Dali texnikaya pərəstişə etiraz məqsədilə yaratmışdı. O, adi telefon aparatının üstünü gipsdən hazırlanmış omar fiquru ilə örtüb.
Ümumilikdə hərracda 200 lot satışa çıxarılacaq. Təşkilatçılar sürrealistik telefon və divanların satışından 2,5 milyon funt sterlinq əldə etməyi gözləyirlər.
buro24/7