Mədəniyyət və Turizm Nazirliyinə məxsus kitabxanada yanğın olub
28 oktyabr, 2016 09:58
Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus kitabxana binasında yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 330 m2 olan birmərtəbəli 3 otaqlı kitabxana binasında elektrik kabeli 1 p.m yanıb və lambirdən ibarət tavan 1 m2 sahədə əriyib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində kitabxana binası yanğından mühafizə olunub.
1news.az