ABŞ-ın Müdafiə nazirliyi İŞİD-in Qərb ölkələrinə hücum planlaşdırdığını iddia edir
27 oktyabr, 2016 11:52
İŞİD terrorçu qruplaşmasının üzvləri Qərbə hücum etmək haqda planlar hazırlayır.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, bunu Suriya və İraqdakı ABŞ ordularının komandanı general-leytenant Stiven Taunsend deyib.
“Biz bilirik ki hücum Rəqqa şəhərində planlaşdırılır və o, ölkə xaricində olacaq. Hələ ki, hücumun hara nə vaxt olacağı barədə dəqiq məlumatımız yoxdur”, - deyə o qeyd edib.
1news.az