WWF: 42 il ərzində vəhşi heyvanların sayı 60% azalıb
27 oktyabr, 2016 22:40
Ümumdünya vəhşi təbiət fondu (WWF) 1970-ci ildən 2012-ci ilədək balıq, məməli, amfibiya və sürünənlərinin populyasiyalarının 58% azaldığını bildirib.
1news.az-ın quruma istinadən verdiyi məlumatına əsasən, WWF-in direktoru Marko Lambertinin sözlərinə görə, vəziyyət dəyişməsə 2020-ci ilə planetimizdə 1970-ci il ilə müqayisədə 2/3 dəfə daha az heyvan qalacaq.
Lambertini həmçinin aparılan tədqiqatların vəhşi təbiətin “inanılmaz sürətlə” yox olduğunu təsdiq etdiyini vurğulayıb.
“Bu isə öz növbəsində insanların yaşaması üçün zəruri olan ekosistemə, o cümlədən təmiz havaya, suya, qidaya və iqlimə mənfi təsir edir”, - deyə o əlavə edib.
1news.az