İqtisadiyyat naziri Gürcüstanda müzakirələr aparacaq
27 oktyabr, 2016 18:38
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.
Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan- Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaqdır.
1news.az