İlham Əliyev Çexiya prezidentini təbrik etdi
27 oktyabr, 2016 18:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çexiyalı həmkarı Miloş Zemanı ölkənin milli bayramı münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, təbrikdə deyilir:
“Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.
1news.az