ABŞ Rakka ilə bağlı əməliyyat keçirmək istəyir
26 oktyabr, 2016 10:38
ABŞ-ın müdafiə naziri Eşton Karter Mosul ilə birlikdə Suriyada İŞİD-in qalası sayılan Rakka şəhəri ilə bağlı əməliyyat keçirmək istədiyini bildirib.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, İŞİD-ə qarşı koalisiyada olan 13 ölkənin müdafiə nazirlərinin toplantısında çıxış edən Karter Rakkaya qarşı da Mosulda keçirilən əməliyyatdan keçirilməsinin vacibliyini vurğulayıb.
“Bunu bilirik ki, Mosul savaşı çox çətin olacaq. Döyüş davam etdikcə, xüsusilə koalisiya çərçivəsində tərəfdaşlarımızın şəhərin mərkəzinə irəlilədikcə bizə qarşı dirənişin güclənəcəyindən əminik. İnanıram ki, İraq Silahlı qüvvələri bu işi bacaracaqlar”, - ABŞ müdafiə naziri qeyd edib.
1news.az